Ermənistanda erkən parlament seçkilərində ciddi qanun pozuntuları qeydə alınır

A- A A+

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntuları qeydə alınır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan KİV-lərində və sosial şəbəkə hesablarında çoxlu sayda qanun pozuntularının qeydə alınmasına dair faktların olduğu bildirilir. Bildirilir ki, əksər məntəqələrdə seçki qutularına çoxlu sayda bülletenin bir nəfər tərəfindən atılması halları qeydə alınıb. Eyni zamanda sosial şəbəkələrdə erməni əsgərlərə hakim partiyaya səsvermələrinə dair tapşırıqların verilməsi ilə bağlı da müəyyən faktların olduğu bildirilir.

Ermənistanın Baş Prokurorluğu da bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusunun qeydə alınması barədə məlumat yayıb. Prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib ki, qanun pozuntularından 26-sı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb.

Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib.

“Ermənistan” bloku isə qanun pozuntuları ilə bağlı bəyanat yayıb. Bəyanatda indiyədək Ermənistan tarixində seçki prosesində heç vaxt belə həcmdə pozuntunun qeydə alınmadığı ifadə edilib.

Hazırkı mənzərə onu deməyə əsas verir ki, nəticədən asılı olmayaraq seçkilər bitdikdən sonra Ermənistanda vəziyyət daha da gərgin olacaq. Ölkədə seçki saxtakarlıqlarına dair etirazlar və kütləvi nümayişlər də qaçılmaz olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: