Xankəndində qəzəbli kütlə Araikin ofisinə hücum edib - VİDEO
Bu gün Dağlıq Qarabağdakı keçmiş qondarma rejimin tör-töküntülərindən olan Araik Arutyunyana qarşı etiraz aksiyası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xankəndində baş tutan mitinqdə meydana toplanan etirazçılar Arutyunyanı "rəhbər"likdən öz xoşuna uzaqlaşmağa çağırıblar. Buna səbəb isə, Arayikin Ermənistandakı seçki günündə Nikol Paşinyanın qərargahında olması, onu dəstəkləyib, təbrik etməsi göstərilib. Qondarma rejimin keçmiş rəhbərini xain adlandıran nümayişçilər qarışıqlıq da yaradıblar. Qəzəbli kütlə Arutyunyanın oturduğu ofisə hücum edib. Ermənistan mediasının yaydığı məlumata görə, Arutyunyana sabah saat 19:00-a kimi vaxt verilib.
"Qarabağdakı etirazçılardan biri bizimlə söhbətində deyib - insanlar çox qəzəblidirlər, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür, sabah Xankəndində daha böyük nümayişlər baş tutacaq",- deyə məqalədə yazılıb.