Koçaryanın “Ermənistan” bloku parlament seçkilərinin nəticələrindən şikayət edəcək

A- A A+

“Ermənistan” siyasi bloku parlament seçkilərinin nəticələrindən Konstitusiya məhkəməsinə şikayət edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia” portalına istinadla xəbər verir ki, bu barədə blokun rəhbəri, Ermənistanın sabiq Prezidenti Robert Koçaryan mətbuat konfransında deyib.

“Səsvermənin kütləvi qanun pozuntuları ilə keçirildiyini güman edirik. Biz seçkilərdə inzibati resursların istifadəsini gördük və bu səbəbdən seçkinin nəticələrini mübahisələndirmək üçün Konstitusiya məhkəməsinə müraciət edəcəyik”, - deyə o bildirib.

Koçaryanın sözlərinə görə, seçkinin nəticələri hamı üçün gözlənilməz olub, bunu rəy sorğuları da sübut edir.

Sabiq prezident nə Ermənistan blokunun, nə də şəxsən özünün parlament mandatından imtina edib-etməyəcəyi barədə qəti qərarının olmadığını deyib. O, eyni zamanda parlament mübarizəsinin güclənəcəyini, amma küçə mübarizəsini əvəz etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 21 partiya və dörd blok iştirak edib. MSK-nın ilkin məlumatlarına görə, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53.92 faiz səslə seçkilərin qalibi olub. Robert Köçəryanın “Ermənistan” bloku isə seçicilərin yalnız 21.04 faizinin səsini toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: