Türkiyənin Bingöl vilayətində 5, 2 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilir ki, Türkiyə vaxtı ilə saat 21.28-də (Bakı vaxtı ilə saat 22:28) qeydə alınan yeraltı təkan ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələni təşvişlə qarşılayan sakinlər küçələrə axışıblar. Hələlik yeraltı təkanın təsiri barədə dəqiq məlumat yoxdur.