Türkiyənin Elazığ əyalətinin Maden rayonunda 4,3 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı bildirib.
Onun sözlərinə görə, yeraltı təkanlar səhər saatlarında qeydə alınıb. Zəlzələnin ocağı 7,15 km dərinlikdə yerləşib.
İ.Çataklı bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.