“Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyununda keçiriləcək”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.
O, prezident seçkilərinin 6 aydan sonra keçiriləcəyi ilə bağlı məlumatları təkzib edib: “Türkiyədə seçkilər 2023-cü ilin iyununda keçiriləcək”.