Ermənistanda keçirilən seçkilərdə ağır məğlubiyyətə düçar olan Robert Koçaryan və oğulları seçki qərargahlarının rəhbərlərini və adamlarını seçiciləri ələ almaq naminə rüşvət kimi xərclənən pulları qaytarmaları üçün evlərini, maşınlarını, hətta özlərini satmağa məcbur edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.
Qeyd olunur ki, söhbət milyonlarla dollar vəsaitdən gedir.
Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərində baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.91%-ni, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 21.9%-ni toplayıb.