NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, yezidi kürdlərinin Milli Birlik Təşkilatı “Sincar” bəyanatla çıxış edib. “Ermənistanın bütün poblemlərini ermənilərlə birlikdə öz çiyinlərində daşıyan yezidilər bu ölkədə faşistlərin yəhudilərə və qaraçılara münasibətindən daha pis münasibətlə qarşı-qarşıyadırlar",- deyə bəyanatda bildirilir.
- 2018-ci ildə hakimiyyətə gəlmiş Paşinyan və ətrafı artıq üçüncü ildir ki, qeyri-erməniləri diskriminasiya etməklə məşğuldur. Təəssüflə bildiririk ki, bu faşist münasibətdən ən çox ziyan çəkənlər yezidi küdləridir. Sayları onsuz da az olan yezidilər son bir neçə ildə ölkəni tərk edərək başqa dövlətlərə üz tuturlar. Belə davam etsə, bir neçə ildən sonra Ermənistanda ümumiyyətlə yezidi kürdü qalmayacaq",- deyə etnik azlığın nümayəndələri bildiriblər.
"Sincar" təşkilatının bəyanatında vurğulanır ki, qədim kürd yaşayış məntəqələrinin adları erməniləşdirilir və bu kəndlər getdikcə boşalmaqdadır.