Son zamanlar Ermənistanda müharibə iştirakçıları arasında intihar və intihara cəhd hallarının kəskin artımı müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu 44 günlük müharibənin iştirakçıları arasında intihar və intihara cəhd hallarının kəskin artması ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyinə və Sosial Əmək Nazirliyinə müraciət edən ölkənin baş prokuroru deyib.
Ermənistanın onsuz da böhran keçirən iqtisadiyyatının müharibədən sonra iflic olmasına toxunan baş prokuror bildirib ki, müharibə veteranlarına və döyüşlərdə yaxınlarını itirən insanlara psixoloji yardım göstərilməsi ilə bağlı vəziyyəti düzəltmək lazımdır.