Türkiyənin Ədirnə vilayətində hava şəraiti kəskin dəyişib - güclü dolu, tufan, sel və daşqınlar baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qəfildən başlanan dolu əkin sahələrinə, meyvə ağaclarına ciddi zərər vurub. Güclü külək evlərin dam örtüyünü atıb, məhəllə və yolları sel basıb.
Əhaliyə və dövlət təsərrüfatına böyük məbləğdə zərər dəydiyi bildirilir. Küçə və meydanları, məhəllələri təmizləmək üçün bölgəyə əlavə qüvvələr cəlb olunub.
Qeyd edək ki, Anadolunun əksər bölgəsində əlverişsiz hava davam edir. Güclü istilərin ardından yağışlar başlayıb. Ankara Valiliyi iyulun 3-də günortadan sonra paytaxtda əlverişsiz havanın olacağı barədə şəhər sakinlərinə xəbərdarlıq edib.