Ermənistan müxalifəti parlament seçkilərinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət edib

A- A A+

Ermənistanın müxalifət partiyaları iyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Şikayət edən partiyalar arasında Robert Köçəryanın seçkilərdə ikinci yeri tutan “Ermənistan” bloku, Serj Sarkisyanın üçüncü sırada yer alan “Şərəf duyuram” bloku, eləcə də “Erməni vətəni” və “Çiçəklənən Ermənistan" partiyaları var.

Müxalif partiyalar məhkəmədən seçkilərin nəticələrinin ləğv edilməsini və ya ikinci turun təyin olunmasını xahiş ediblər. Ermənistan qanunlarına görə, Konstitusiya Məhkəməsi seçki şikayətinin qeydə alındığı tarixdən ən geci 15 gün müddətində qərar verməlidir.

Xatırladaq ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" partiyası 54,21 faiz səslə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: