Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 45 nəfərə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 42 nəfər təyyarənin göyərtəsində, üç nəfər isə yerdə həlak olub. Həmçinin hadisə yerində 49 nəfər sağ tapılıb. Qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, “C-130” təyyarəsi Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən yerə çırpılıb. Filippin Silahlı Qüvvələrinin qərargah rəisi general Sirilito Sobehana bildirib ki, təyyarə uçuş-eniş zolağına düşə bilməyib.