Şanxayda dünyanın ən böyük planetariumu istifadəyə veriləcək

A- A A+

Çində bu günlərdə dünyanın ən böyük planetariumu olan Şanxay astronomiya muzeyi istifadəyə veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumi sahəsi 58,6 min kvadratmetr olacaq planetarium əslində Şanxay elm və texnologiya muzeyinin bir bölməsidir. Əsas və yardımçı tikililərdən, o cümlədən gənclər üçün nəzərdə tutulan tədqiqat mərkəzi və iki ictimai rəsədxanadan ibarət muzeydə açılış üçün bütün yoxlamalar aparılıb. Planetariumun sərgi hissəsində ziyarətçilər 70-ə yaxın müxtəlif meteoritdən hissələr, həmçinin ayın, Marsın və Vesta asteroidinin artefaktlarını görəcəklər. Bundan başqa, kolleksiyaya İsaak Nyutonun, Qalileo Qalileyin, Nikolay Kopernikin və digər alimlərin orijinal əl işlər də daxil edilib. Planetariumun maarifləndirici proqramlarına isə faktların vizual təqdimi, biometriya və süni intellekt texnologiyalarına geniş yer verilib.

Planetariumun tikintisinə 2016-cı ildən start verilib. Plan üzrə əsas binalar 3 hissədən - Okulos, çevrilmiş günbəz və sferadan ibarətdir. Bu hissələr birlikdə gecə ilə gündüzün dəyişməsi əsasında nəhəng astronomik görünüş yaradır. Kompleks fantastik filmlərdə görməyə alışdığımız iri kosmik gəmini xatırladır. Planetariumun ətrafında olan piyada keçidləri isə elə salınıb ki, onlar qalaktik spiral xətlərinə bənzəyir. Binanın inşasında ekoloji təmiz tikinti materialları və kompleksin funksiyalarının təmin edilməsində ən son yaşıl texnologiyadan istifadə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: