Ermənistan sabiq müdafiə nazirinin müavini: Noyabrın 9-nu “milli biabırçılıq günü” kimi qeyd etmək ədalətli olardı

A- A A+

Vaxt var idi Konstitusiya Gününün mənası vardı, onu qeyd etmək mənalı idi. Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək?

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan feysbuk səhifəsində paylaşımında yazıb. O, 2018-ci ildən etibarən bu tarixlərin tədricən mənasını itirdiyini qeyd edir.

A.Zakaryan, həmçinin yazır: “Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”.

Ölkəsinin bayram günlərini xəcalət günləri kimi qeyd etməli olduğunu məsləhət görən sabiq nazir müavini yazır: “Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: