Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 95 nəfərə çatıb

A- A A+

Yunanıstanın paytaxtı Afina şəhərinin ətrafında baş vermiş meşə yanğınlarında 95 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Səhiyyə Nazirliyində məlumat verilib.

Məlumata görə, hazırda müalicə müəssisələrində yanaraq xəsarət alan 30 nəfər var. Onlardan 7-si reanimasiyadadır.

Xatırladaq ki, bu ilin iyul ayında Yunanıstanda anomal istilər səbəbindən temperatur 38-40 dərəcəyə yüksəlib. İyulun 23-də Afina şəhərinin ətrafında bir neçə böyük yanğın başlayıb və uzun müddət davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: