Kamçatkada qəzaya uğramış təyyarənin 19 sərnişininin meyiti tapılıb

A- A A+

Kamçatkada qəzaya uğramış təyyarənin 19 sərnişininin meyiti tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 6-da qəzaya uğramış “An-26” təyyarəsinin qalıqları Palana qəsəbəsi yaxınlığında Tigil rayonu ətrafında aşkar edilib. Təyyarənin qalıqlarının bir hissəsinin dənizə düşdüyü bildirilir. Qəza zamanı həlak olanlardan 19 nəfərin meyiti artıq tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Petropavlovsk-Kamçatsk şəhərindən Kamçatka diyarının Koryak dairəsinin Palana qəsəbəsinə uçan “An-26” təyyarəsi iyulun 6-da qəzaya uğrayıb. Təyyarədəki 22 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.

Hadisə ilə bağlı cinayət işi açılıb. İlkin ehtimala görə, pilot eniş zamanı yolu qısaltmaq üçün qeyri-rəsmi naviqatordan istifadə edib. Nəticədə təyyarə qaya ilə toqquşub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: