Ermənistan ordusunun hərbçiləri arasında kütləvi dava baş verib

A- A A+

Ermənistan ordusunun Gorus rayonunda yerləşən hərbi hissələrinin birində hərbi qulluqçular arasında kütləvi dava olub.

NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisənin sonradan kütləvi davaya çevrildiyi bildirilib. Davaya hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı nalayiq hərəkətləri səbəb olub.

Dava nəticəsində bir neçə hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Q.Avetisyan soyadlı hərbçi isə hospitala yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: