Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən əsgər müalicəsi başa çatdıqdan sonra hərbi hissəyə qayıtmamaq qərarına gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan xəbərlərdə əsgər Hrayır Yesoyanın hərbi hospitalda müalicəsi başa çatdıqdan sonra xidmət yerinə qayıtmaqdan imtina edərək evlərinə qaçdığı bildirilir.
Hərbi polis onun tapılması və xidmət yerinə qaytarılması ilə bağlı axtarışlar aparır.