Füzuli və Cəbrayıl istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iki erməni hərbçinin qalıqları aşkar edilib
İyulun 8-də Füzuli və Cəbrayıl istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iki erməni hərbçinin qalıqları aşkar edilib. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Dövlət Təcili Xidməti informasiya verib.
Qeyd olunur ki, bu günə qədər Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə hərbi qulluqçular və mülki şəxslər olmaqla 1598 erməninin cəsədi və qalıqları aşkar edilib.