2021-ci ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz artaraq 1,341 milyard dollara bərabər olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyun ayında Türkiyə 221,791 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin iyunu ilə müqayisədə 32,6 faiz çoxdur.
Son 12 ay ərzində (iyun 2020-iyun 2021) Türkiyə 2,698 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.