Ermənistanın Sünik vilayətinin Kaçaran şəhərinin meri Manvel Paramazyan həbs edilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasında saxlanılır.
Qeyd edək ki, iyulun 8-də MTX-nin əməkdaşları M.Paramazyanın mənzilində axtarış aparıblar. Həmin gün Zəngəzur Mis-molibden kombinatında da axtarış keçirilib.