Yaponiyanın "Japan Airlines" şirkəti 2025-ci ilədək uçan avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Yaponiya mətbuatı yazır.
Qeyd olunur ki, ilkin mərhələdə Mie prefekturasında hava limanı ilə turizm obyektləri arasında sərnişin daşımalarının işə salınması nəzərdə tutulur.
Eyni zamanda Yaponiyanın digər iri aviaşirkəti "All Nippon Airways" analoji xidmətin yaradılması üzərində işləyir.
Qeyd edək ki, Yaponiya hökuməti 2023-cü ildən başlayaraq uçan avtomobillərin yük daşıması üçün fəaliyyət planı üzərində işləyir.