Qırğızıstan-Tacikistan sərhədində yeni gərginlik: bir hərbçi həlak olub

A- A A+

Qırğızıstan-Tacikistan dövlət sərhədində bir neçə gündür yenidən gərginlik yaşanır.

NUHÇIXAN İnformasiya Agentliyi Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Batken vilayətinin Çamaqildan aşırımında tacik tərəfi ilə sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində başlayan mübahisə silahlı atışmaya gətirib çıxarıb. Atışmada Qırğızıstan sərhədçilərindən biri həlak olub, yaralananlar var.

Tacikistan tərəfdən də ölən və yaralananların olduğu bildirilir. Bununla bağlı Tacikistan tərəfi hələ rəsmi məlumat yaymayıb.

Tacikistan sərhədçiləri bir qırğız hərbçisini girov götürüblər. Sərhəd xəttində vəziyyət gərgin olaraq qalır. Gərginliyin aradan qaldırılması ilə bağlı sərhəd xidmətləri səviyyəsində danışıqlar aparılır.

Xatırladaq ki, aprelin 28-də Qırğızıstan-Tacikistan sərhədində baş verən dördgünlük qarşıdurmada Qırğızıstan tərəfdən 36 hərbçi həlak olub, 180 hərbçi isə yaralanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: