Bu gün Ermənistanda ağır avtomobil qəzası baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, gecə saatlarında Ararat bölgəsinin İrəvan-Yerasx magistral yolunda "Opel" markalı avtomobil ilə Müdafiə Nazirliyinin balansında olan "UAZ Pikap" avtomobili toqquşub. Nəticədə hərbçilərin avtomobili aşıb və 28 yaşlı Narek X., 23 yaşlı Qrişa S., 30 yaşlı Qraş T. və 26 yaşlı Seryoja S. "Erebuni" tibb mərkəzinə çatdırılıb. Yaralılardan biri yoldaca ölüb.
Maraqlıdır ki, aşan hərbi avtomobildə olanlarla yanaşı, "Opel"in sürücüsünün də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi yazılıb.