Qualcomm şirkəti ASUS-un dəstəyi ilə öz ilk smartfonunu təqdim edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qualcomm şirkəti ASUS-un dəstəyi ilə birlikdə hazırladığı ilk smartfonunu təqdim edib. Smartfonda Qualcomm-un ən aparıcı texnologiyalarından istifadə olunub və onun əsas kütləsi Snapdragon insayderləridir. Qualcomm-un sözlərinə əsasən bütün dünyada 1.6 milyon nəfər Snapdragon insayderi mövcuddur. Söhbət, online forumlarda aktiv iştirak edən və Qualcomm-un yeni məhsulları barəsində ilk məlumatları əldə edən insanlardan gedir. Məhz həmin insanlar üçün Qualcomm şirkəti Smartphone for Snapdragon Insiders adlı smartfonunu yaradıb. Sözügedən smartfonun istehsalı ilə ASUS məşğul olur. Onun dizaynı və elementlərinin yerləşdikləri yerləri nəzərə alaraq güman etmək olar ki, yeni smartfon ASUS ROG Phone 5 əsasında hazırlanıb.

Smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2448x1080 piksel keyfiyyətli 6.78 düym ekrana sahibdir. Bununla yanaşı ekran, həmçinin Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Bu məsələdə Qualcomm özünün ultrasəs texnologiyası əsasında çalışan 2-ci nəsil barmaq izi skanından istifadə edib. Bununla yanaşı smartfon Snapdragon 888 prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqma) + 12 MP (ultragenişbucaqlı obyektiv) + 8 MP (3 qat optik zoom-lu teleobyektiv) üçlü arxa kamera, 24 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun kameraları vasitəsilə çəkiliş zamanı Qualcomm AI texnologiyasından istifadə olunur.

Bu texnologiya kadrın avtomatik yaxınlaşdırılmasını və kadrda olan obyektlərin təyin edilməsini təmin edir. Bundan əlavə olaraq Qualcomm-un ilk smartfonu stereo səsgücləndiricilər ilə təchiz olunub və Snapdragon Sound adlı yeni texnologiyanı dəstəkləyir. Bu texnologiyanın sayəsində cihazın stereo səsgücləndiriciləri ekranda baş verənlərə əsasən səsləndirməni adaptasiya edirlər. Sözügedən smartfonun alıcıları Master & Dynamic şirkəti tərəfindən hazırlanmış naqilsiz qulaqlıqları smartfon komplektində əldə edəcəklər. Smartfon Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin onda hansı istifadəçi interfeysinin olduğu barəsində məlumat verilməyib. Smartphone for Snapdragon Insiders gələn ay 1500$ qiymətində satışa çıxacaq. O, ABŞ, Çin, Almaniya, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya bazarlarında satılacaq. Smartfonun, həmçinin Hindistanda da satışa çıxacağı güman olunur. Cihaz bu ölkələrdəki rəsmi ASUS mağazaları vasitəsilə satılacaq. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: