Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Sancak” yeni nəsil elektron döyüş sistemi qardaş ölkənin Silahlı Qüvvələrinə təslim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdəki hesabında məlumat verib.
Yüksək sürətli “Sancak” sistemi geniş zolaqda çıxış gücünə, müxtəlif növ və rejimlərdə manevr, aldatma, elektron dəstək vermək, avtomatik əlaqə qurmaq kimi imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin zərbə gücünü daha da artıracaq.