Amerikalı alimlər Ölüm Vadisində 54.4 ° C istilik rekordu qeydə alıblar. NUHÇIXAN İnformasiya Agentliyi “hightech.fm”ə istinadla xəbər verir ki, tədqiqatçılar temperaturun bundan sonra daha da arta biləcəyi barədə xəbərdarlıq edirlər.
Ölkənin ən isti, ən quru yeri olan və dəniz səviyyəsindən ən aşağıda yerləşən Kaliforniyanın Ölüm Vadisində istilik 54.4 ° C-yə çatıb. Bu, bölgədəki ən yüksək temperatur və bütün planetdə qeydə alınan ən isti temperaturlardan biridir.
Alimlər növbəti həftələrdə temperaturun daha bir neçə dərəcə arta biləcəyini və 1913-cü il iyulun 10-da Ölüm Vadisində qeydə alınan 56,7 ° C mütləq rekordu qıracağını ehtimal edirlər.
Temperatur ABŞ-ın Milli Meteorologiya Xidmətinin Nevada ştatı ilə sərhəd yaxınlığında Furnace Creek ərazisindəki avtomatik meteoroloji stansiyası tərəfindən qeydə alınıb. Bu göstərici yoxlanılacaq. Belə hallarda düzgün və dəqiq işləməli olan cihazların əlavə yoxlanılması lazımdır.