Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan telefon danışığında iki ölkə arasında enerji, turizm və texnologiyalar başda olmaqla bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial imkan olduğunu ifadə edib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, beynəlxalq ictimaiyyət Fələstin-İsrail ixtilafının BMT-nin qərarları çərçivəsində həll olunmasını gözləyir.
Türkiyə Prezidenti, həmçinin bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli naminə atılacaq addımlar Türkiyə-İsrail əlaqələrinin müsbət məcrada səmt almasına da təsir göstərəcək.