İranın cənubunda yerləşən Fars vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Bu gün yerli vaxtla saat 15:41-də qeydə alınan zəlzələnin episentri Babamunir şəhərinin 39 kilometrliyində olub. Yeraltı təkanların dərinliyi 8 km olub.
Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.