“Ermənistanın xarici işlər nazirinin təyin edilməsi məsələsi dalana dirənib”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.
“Xarici işlər naziri vəzifəsinə namizəd axtarışı davam edir və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan çıxılmaz vəziyyətdə qalıb: o, namizəd tapa bilmir”, -deyə "Hraparak" qeyd edir:
“Fərqli adlar var: fəaliyyəti sona çatan Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Ruben Rubinyan, spiker Ararat Mirzoyan, Baş nazirin müavini Mqer Qriqoryan və hətta keçmiş müdafiə naziri David Tonoyan.
Sonuncu şəxsin təyin edilməsi Rusiya və ABŞ-da təsdiqlənəcək, lakin müharibədəki məğlubiyyətin günahkarının Xarici İşlər Nazirliyinə gətirilməsi erməni cəmiyyəti tərəfindən xarici siyasətdə də yaxınlaşan məğlubiyyətlərin bir siqnalı kimi qəbul ediləcək.