Gələn il Fransada keçiriləcək prezident seçkilərinin vaxtı rəsmi olaraq elan edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hökumətin sözçüsü prezident seçkilərinin birinci turunun gələn il aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçiriləcəyini söyləyib.
Bildirilib ki, prezident seçkilərindən sonra iyunun 12 və 19-da ölkədə parlament seçkiləri keçiriləcək.
Bir çox siyasətçilər seçki tarixləri ilə bağlı tənqidi fikirlərini bildiriblər. Qeyd ediblər ki, seçki tarixləri tətil vaxtı ilə üst-üstə düşür və sağçı və ifrat sağçı partiyaların olduğu regionlarda seçici iştirakına mənfi təsir edəcək.