Pakistanın sabiq prezidenti Məmnun Hüseyn ötən gecə Kəraçidə müalicə olunduğu xəstəxanada vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi Pakistan mətbuatına istinadla xəbər verir ki, Məmnun Hüseyn xərçəng xəstəliyindən əziyyət çəkib.
Azərbaycanın dostu olan sabiq prezident 1940-cı ildə Hindistanın Aqra şəhərində dünyaya gəlib, 1969-cu ildən siyasətlə məşğul olub, müxtəlif vəzifələrdə çalışıb.
Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın 12-ci Prezidenti olub.