Rusiyanın Tomsk vilayətində radarlardan itmiş “An-28” tipli sərnişin təyyarəsinin qəza enişi etdiyi məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kedrovi şəhərindən Tomsk şəhərinə uçan təyyarə Moskva vaxtı ilə saat 14:36-da radarlardan itmişdi. Təyyarə “Sibirskaya Lyoqkaya Aviasiya” şirkətinə məxsusdur.
Təyyarədə 14 sərnişin və 3 heyət üzvünün olduğu bildirilir. İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.