Qarabağın azadlığı mübarizəsində azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək və 44 gün ərzində əldə olunan zəfər bütün dünyanın diqqətini çəkib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təkcə 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda qardaş Azərbaycana verilən dəstək Türk Silahlı Qüvvələrinin gücünü bir daha bütün dünyaya göstərmişdir.
"Türkiyənin heç kimin torpağında gözü yoxdur. Türkün olduğu yerdə zülm olmaz. Türkün olduğu yerdə məzlum göz yaşı tökməz”, - deyə Ərdoğan qeyd edib.