Oğurlanmış instaqram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

A- A A+

"Instagram"a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni funksiya istifadəçilərə öz hesablarının oğurlanmasından qorumağa və hesabları oğurlamış hackerlərdən onları geri qaytarmağa yardımçı olacaq. Yaxın zamanda instaqrama inteqrasiya ediləcək yeni təhlükəsizlik funksiyası Security Checkup adlanır. Onun əsas məqsədi isə hər hansı istifadəçi hesabında şübhəli aktivlik təyin edildikdə bu barədə istifadəçiyə xəbər verməkdir. Bu cür bildirişlər istifadəçilərə bəzi addımları atmaq təklifini verəcəklər. Həmin addımlar vasitəsilə istifadəçilər oğurlanmış hesablarını geri qaytara və hesablarının təhlükəsizliklərini yaxşılaşdıra biləcəklər.

Məsələn istifadəçi öz hesabına daxil olma tarixçəsini, yaxın zamanda baş vermiş aktivlikləri, hesabın məlumatlarını izləyə və onun bərpa olunması üçün məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı və s.) yeniləyə biləcək. Qeyd etmək lazımdır ki, istifadəçi hesabının bu cür bərpa edilməsi sistemi artıq "Facebook"da mövcuddur. Verilmiş məlumata əsasən yeni təhlükəsizlik funksiyası instaqramda yaxın həftələrdə istifadəyə veriləcək. İnstaqram təmsilçiləri qeyd ediblər ki, istifadəçilər digər təhlükəsizlik tədbirlərini də görməlidirlər. Söhbət, iki faktorlu autentifikasiya sistemindən, Login Request funksiyasından və istifadəçi hesabının bərpası üçün aktual məlumatların qeyd edilməsindən gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: