Prezident Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqının Ədalət Məhkəməsi əvvəlcə inanc azadlığının nə olduğunu öyrənməlidir

A- A A+

Avropa İttifaqının Ədalət Məhkəməsinin adını dəyişdirməsi lazımdır. Bunun Ədalət Məhkəməsi ilə heç bir əlaqəsi yoxdur. Ədalət Məhkəməsi olduqlarını sübut etməzdən əvvəl, inanc azadlığının nə olduğunu öyrənməlidirlər. İnanc azadlığını anlamayan Ədalət Məhkəməsi ola bilməz.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 47-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfərə yola düşərkən İstanbulda Atatürk Hava Limanında keçirdiyi brifinqdə ifadə edib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin Türkiyənin mövzu ilə bağlı münasibətini qəti şəkildə ifadə etdiyini xatırladan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan gündəlikdə duran digər məsələlərə dair fikirlərini də bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Kiprin Türk Cümhuriyyəti Məclisinin xüsusi iclasındakı nitqində müjdəli xəbərlər çatdıracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: