Prezident Ərdoğan: Yaxın vaxtlarda Şimali Kiprin Prezident Administrasiyası üçün binanın inşasına başlanılacaq

A- A A+

Şimali Kipr Türk Respublikası Prezident Administrasiyası üçün binanın layihələşdirilməsi başa çatıb. Yaxın vaxtlarda binanın inşasına başlayacağıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 47-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfəri çərçivəsində Cümhuriyyət Məclisinin xüsusi iclasındakı çıxışında ifadə edib.

Şimali Kipr Türk Respublikası üçün layiq olduğu parlament binasının da inşa ediləcəyini vurğulayan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Kipr adasında iki ayrı dövlət və iki ayrı xalq var. Beynəlxalq ictimaiyyət bunu gec-tez qəbul edəcək. Kipr türklərinə qarşı qurula biləcək hiylələri yenə də birlikdə pozacağıq. Aydın gələcəyi də birlikdə inşa edəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: