Yerevan küçələrində atəş səsləri

A- A A+

Ermənistanın paytaxtı Yerevan şəhərində "münasibətlərin ayırd edilməsi" çox zaman silahlı qarşıdurmalarla müşayiət olunur.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistanın “shamshyan.com” saytına istinadən xəbər verir ki, belə insidentlərdən biri Ermənistanın məşhur iş adamı, ölkənin Hakim partiyasından deputatlığa namizəd Xaçatur Sukiasyanın qardaşı Robert Sukiasyanın iştirakı ilə baş verib. Sayt bildirir ki, hadisəyə 51 yaşlı Robert Sukiasyanla 47 yaşlı Arman Apiyan arasında mübahisə səbəb olub. Nəticədə yanındakı silahı işə salan Sukiasyan A.Apiyanı və onun tərəfində olan 42 yaşlı ABŞ vətəndaşı Arut Abqaryanı güllələyib.

Hadisə ilə bağlı cinayət işi açılsa da, nəşrdə qaldırılan işlə bağlı hər hansı perspektiv görünmədiyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: