Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə hərbi texniki xidmət maşını verib

A- A A+

Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə 4 ədəd texniki xidmət maşını təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi dəyəri 866 min 400 ABŞ dolları olan hərbi texnikanın tədarükü haqqında müqavilə 2020-ci ilin oktyabrında imzalanıb.

Nəqliyyat vasitələrinin rəsmi təhvilvermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili, Türkiyə səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: