Pakistanda 5,2 bal gücündə zəlzələ olub

A- A A+

Pakistanın Pencar əyalətinin Rajanpur şəhərində 5,2 bal gücündə zəlzələ olub.

NUHÇIXAN İnformasiya Agentliyi “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Pakistan Milli Seysmik Müşahidə Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanlar Rajanpur şəhərindən 37 km şimal-şərqdə 39 km dərinlikdə baş verib.

Məlumata görə, yeraltı təkanlar Dera Qazi Xan, Dajal və Zahir Pir şəhərlərində hiss edilib.

Zəlzələ nəticəsində itki və dağıntının olub-olmadığı ilə bağlı məlumat yayılmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: