Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində baş verən hadisə nəticəsində daha bir əsgər ağır xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda park-təsərrüfat günündə zirehli texnikaya texniki qulluq zamanı ehtiyatsızlıqdan baş verən hadisə nəticəsində 2020-ci ildə hərbi xidmətə çağırılmış 3-cü taborun 9-cu bölüyünün əsgəri Hrayr Sarkisyanın sağ ayağı bud nahiyəsindən sınıb.
Hərbi hissə komandanlığı baş verən insidenti ört-basdır etməyə çalışsa da, hadisədən xəbər tutan hərbi polis hərbi qulluqçu H.Sarkisyanın xəsarət alması faktı ilə bağlı araşdırmaya başlayıb.