Türkiyədə 1600 yaşı olan mozaika tapılıb - FOTOLAR

A- A A+

Türkiyənin Muğla şəhərində yerləşən Eskihisar məhəlləsindəki UNESCO-nun tərəfindən dünya maddi miras siyahısına daxil edilən qədim “Qladiatorlar şəhəri” adlandırılan Stratonikeia antik şəhərində aparılan qazıntı işləri zamanı təbii daşlardan mozaika tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, mozaikanın üstündə Roma və Bizans imperatorluqları dövrünə aid yazılar da var. Çoxrəngli mozaika qrupuna daxil olan 1600 yaşlı bu əl işi dövrünün ən qiymətli və nadir əsərindəndir.

Qeyd edək ki, tarix turizmi Türkiyədə bu sahədə ən inkişaf etmiş bölmədi. Tarixsevərlər üçün daim yenilik etməyi bacaran Türkiyənin aidiyyəti qurumları antik şəhərlərdə apardıqları qazıntı və bərpa işləri ilə turistlər üçün yeni-yeni cəlbedici məkanlar yaradırlar. Stratonikeia antik şəhəri bu sahədə daim liderliyi saxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: