Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İranın dövlət başçısı Həsən Ruhani arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, liderlər iki ölkə arasındakı münasibətləri, regional məsələləri və birgə iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair perspektivləri müzakirə edib.
Xatırladaq ki, İranda 19 iyun tarixində keçirilən sonuncu prezident seçkilərində mühafizəkar qanaddan olan Seyid İbrahim Rəisi qalib gəlib. Onun andiçmə mərasimi avqust ayının əvvəlinə təyin olunub.