Son 6 ayda Ermənistanı 138 min nəfər tərk edib

A- A A+

Son 6 ayda Ermənistanı 138 min nəfər tərk edib. Bu, yalnız aviadaşıyıcıların məlumatlarıdır. Həmin şəxslərdən 80 mini bir daha vətənə qayıtmayacaqlar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan bildirib.

-Rusiyada böyük ehtimalla 1, 8 - 1, 9 milyon erməni yaşayır. 2010-cu il siyahıya alınmasına görə, bu say 1 milyon 182 nəfər təşkil edirdi. Bundan əlavə, onların 600-650 min Ermənistan vətəndaşıdır. Eyni zamanda ötən dövrdə on minlərlə erməni Rusiya vətəndaşlığını alıb. Beləliklə, Rusiyada 2 milyon erməninin yaşadığını söyləyə bilərik, - politoloq deyib.

Onun sözlərinə görə, bu ilin birinci yarısında Ermənistanı 138 min nəfər tərk edib.

- Bu, yalnız aviadaşıyıcıların məlumatlarıdır. Eyni zamanda miqrasiyada ciddi artım olduğunu göstərən kifayət qədər böyük rəqəmdir. Çox güman ki, onlardan 80 mini əsla vətənlərinə dönməyəcəkdir", - Mikaelyan vurğulayıb.

Politoloqa görə, ölkəni tərk edən vətəndaşların əsas hissəsi Rusiyaya gedib. Çünki koronavirus pandemiyası kontekstində ora getmək ən asandır, xüsusən də Rusiya ermənilər üçün daha açıq ölkədir.

"Ancaq qeyd etmək lazımdır ki, ermənilərin oradakı mövqeyində həm qeyri-rəsmi, həm də rəsmi səviyyədə xeyli zəifləmə var. Bunun səbəbi Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər səviyyəsinin aşağı düşməsidir. Bu məsələdə özümüzü aldatmayaq. Səbəblər hamıya məlumdur. Sadəcə, bütün bunlara göz yummaq, hətta baş verənlərə sevinmək istəyən insanlar",- o deyib.

Əlavə edib ki, Qarabağ müharibəsindəki məğlubiyyət Rusiyada və həqiqətən bütün dünyada ermənilərin və Ermənistanın nüfuzuna ciddi ziyan vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: