İyulun 22-də Ankara vaxtı ilə saat 04:20-də (Bakı vaxtı ilə saat 05:20) Egey dənizinin Türkiyə sahillərində Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın episentri İzmir vilayətinin Karaburun rayonundan 40.9 kilometr aralıda qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb. Qeyd olunur ki, bundan təxminən yarım saat əvvəl eyni seysmoloji rayonda 4 bal gücündə daha bir zəlzələ baş vermişdir.