"Yaxın gələcəkdə dövlətçiliyə vida edəcəyik"- Asatryan

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli mətbuata açıqlama verən Asatryan hazırda cəmiyyəti düşündürən əsas suallara cavab verib:

“Əsas dörd sual var. Birincisi budur ki, üçüncü Ermənistan respublikası tarixində 2018-ci ilin aprel çevrilişi baş verməsəydi, nə olardı? Cavab belədir- əvvəllər yaratdıqlarımızı bundan sonra da əlimizdə saxlayardıq... İkinci sual. 2018-ci ildə Ermənistanda hakimiyyət ələ keçirildikdən sonra nəyimiz var?

Cavab: Minlərlə qurbanımız, yüzlərlə itkin və "əsir"imiz, Qarabağı itirməyimiz, Ermənistanın parçalanmış sərhədləri və hələ də qeyri-müəyyən perspektivlərimiz var".

O, cəmiyyəti düşündürən üçüncü sualın da cavabını verib. Ermənilər "demokratik" Avropanın səssiz baxışları altında yenidən hakimiyyətə gələn əvvəlki rəhbərliyin idarəçiliyi ilə yaxın gələcəkdə nələr əldə edəcəklər?

"Cavab çox sadədir- ən azından ölümcül bir qeyri-müəyyənlik, ən çoxu isə milli dövlətçiliyə vida. Ən nəhayət sonuncu sual. Bu durumdan necə çıxmaq olar? Ölkəni bu apikal və millətçi hakimiyyətdən ən qısa zamanda qurtarmaq üçün qəti addımlar atmaq, millətin düşüncə və fəaliyyət potensialını birləşdirmək, hər şeydən əvvəl insanların düşüncəsini dəyişdirmək lazımdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: