Ermənistanda İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində, Ararat inzibati rayonu ərazisində avtomobilin ağaca çırpılması nəticəsində 35 yaşlı hərbçi Arsen Mirozyan ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.
Məlumata görə, qəza iyulun 24-də baş verib.
Bildirilib ki, sürücü Arsen Mirzoyan Ermənistan Müdafiə Nazirliyi "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir.
Faktla araşdırma aparılır.