İyulun 25-də Gürcüstanın Dmanisi və Zalqa rayonları ərazisində zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, ilk yeraltı təkan saat 12:14-də 2.9 bal gücündə Dmanisi rayonunun Sameba kəndi yaxınlığında, digəri isə saat 13:02-də 3.7 bal gücündə Zalqa rayonunun Salamaleyki kəndində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir. Amma əhali arasında narahatlıq və təşviş var.