Ermənistan ordusunda hökm sürən xaos, nizamnamədən kənar münasibətlər, özbaşınalıq, ruh düşkünlüyü səbəbindən son bir neçə gün ərzində hərbi qulluqçular arasında bir neçə özünəqəsd faktı qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda hərbi hissələrin birində postda xidmət edən hərbi qulluqçu Karen Ağacanyanın ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etdiyi bildirilir.
Ağır vəziyyətdə hərbi hospitala çatdırılan K.Ağacanyanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Ermənistan Müdafiə nazirliyi faktla bağlı hər hansı rəsmi açıqlama verməyib.