Ermənistan ordusunun hərbçiləri arasında spirtli içkilərə aludəçilik səbəbindən baş verən cinayətlərin sayı artıb

A- A A+

Son vaxtlar Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəçilik səbəbindən baş verən cinayətlərin sayı artıb.

NUHÇIXAN İnformasiya Agentliyi bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yerli mətbuatda bu günlərdə Ararat şəhərində sərxoş vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçinin həbs edilərək yerli polis bölməsinə aparıldığına dair məlumatlar yer alıb.

Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafenin əməkdaşları ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polis tərəfindən saxlanılıb.

Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu müəyyənləşdirildikdən sonra o, hərbi polisə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: